Mən necə milli azlığa aid oldum?

Azər Həsrət

azer@az erhasret.com

Modern.az xäbär saytındakı dostlarımız Dövlät Statistika Komitəsinə sorğu göndərərək Azərbaycan əhalisinin milli tärkibi ilä bağlı bilgi alıb. Maraqlı bilgidir. Təbii ki, hər bir vətəndaş kimi mən də bu tərkibdə hansı yeri tutacağımla maraqlanırdım və bilgi o baxımdan yerinə düşdü. Ancaq heyhat! Bəlli oldu ki, mən Azärbaycanda milli azlıq kategoriyasına aidəmmiş! Özü də aid olduğum milli azlıq mənim ölkəmdə sayına görə yeddinci yerdə qərar tutmaqla cəmi 38 min nəfər imiş!

Nə baş verdi, niyə belə oldu? Hər şey sırası ilə…

2009-cu ildä ölkəmizdə əhalinin siyahıyaalınması keçirilərkən fəal vətəndaş kimi mən də bu prosesdə iştirak etdim. Ailəmlə birlikdə. Qapımızı döyən iki xanım qısa müddət ərzində dörd nəfərlik ailə tərkibimiz haqqında gərəkli bilgiləri anketä qeyd edib, üstündən də bir çay içib getdi. Əslində hər şey yolunda idi. Yalnız bir çatışmazlıq vardı. Bizdən milli mənsubiyyətimiz soruşulmadı! Täbii ki, mən dä buna təəccübümü ifadə edəndä “biz axı sizi tanıyırıq, soruşmağa nə gärək var” deyə sual etdilər. O zaman “elə isə, milli mənsubiyyətimizi necə yazdınız” deyə soruşdum. Dedilər ki, Azärbaycanlı! Dərhal sildirdim! Dedim, mən Azärbaycanlı deyiləm, mənim milli kimliyim türkdür. O cümlədən xanımım və uşaqlarımız da. “Siz məgər Türkiyədən gälmisiniz” deyə sual etdilər bu dəfə. Dedim, “məgər türk olmaq üçün Türkiyədən gəlmək lazımdır? Əgər babamın sənədində milli kimliyi türk kimi göstərilibsə, deməli, mən dä onun doğma nəvəsi kimi türkəm də”. Sağ olsunlar, yanlışı düzəltdilər. Bir az da söhbət edib getdilər.

…1996-cı ildä Bakı Dövlət Universitetinin Hərbi Kafedrasını bitirib leytenant rütbəsi alarkən də bizə anket doldurtmuşdular. Orada da milliyyət göstərilməli idi. Təbii ki, mən və dostlarım heç düşünmədən özümüzün türk olduğumuzu yazdıq və hərbi bilet alanda orada milliyyətimiz arzu etdiyimiz kimi də qeyd edildi. Yəni mən türkəm, bundan hər zaman qürur duydum və duymağa da davam edəcəm.

İndi dönək Dövlət Statistika Komitəsinin son bilgilərinə. Orada mənim, xanımım və iki uşağımızın da mənsub olduğu türk millətinin sayı cəmi 38 min nəfər göstərilib. Sən demə, bir türk dövləti olan Azərbaycanda əhalinin cəmi 0,4 faizi türk imiş! Hətta allahın erməniləri belə biz türklərdən sayca düz üç dəfä artıqdır: 120 min nəfər! Ruslar da təxminən bir o qədərdir. Biz türklərdən sayca artıq olanlar sırasında ləzgilər, talışlar və avarlar da var. Amma bizim kimi “etniklərin” hamısından birlikdə çox olanlar Stalinin icad etdiyi adla çağırılan, adına Azärbaycanlı deyilən bir “millət”dir! Bu ölkədə türklər azlıqdaymış!

Dostların bu xəbəri məni bir balaca araşdırma aparmağa vadar etdi. Dərin olmasa da, Dövlət Statistika Komitəsinin saytındakı bilgiläri nəzərdən keçirdim. Və bəlli oldu ki, 1926 və 1939-cu illərdə Azərbaycanda türklərin sayı ilə bağlı bilgi yoxdur. 1959-cu ildə isə haradansa cəmi 200 türk peyda olub və adları siyahıya da düşüb. On bir il ərzində, yəni 1970-ci ildə bu iki yüz nəfərin sayı kosmik sürətlə 8 min beş yüz nəfərə yüksəlib. 1979-cu ilə qədər nəsə baş verib və onların sayı 7 min doqquz yüz nəfərə enib. 1989-cu il üçünsə türklər ölkəmizdə 17 min yeddi yüz nəfər təşkil edib. Daha on il sonra, 1999-cu ildə onların sayı yenə də sürətlə “artdığından” 43 min dörd yüz nəfər təşkil ediblər. Ancaq sonradan nə baş veribsə, sayları azalıb və 2009-cu ilin siyahıyaalmasına görə mənim də mənsub olduğum “türk azlığı”nın sayı 38 min nəfər olub. Bax belə. Mən indi Azərbaycandakı ən az saylı milli azlıqlardan birinə aidəm! Bir türk dövləti olan ana yurdum Azərbaycanda bir türk olaraq mən azlıqdaymışam! Heyrət etməmək əldə deyil! Öz dövlətində də insan milli azlıq olarmı heç? Olarmış demək! Necə ki, mən olmuşam!

Doxsanıncı illərin əvvəllərində deyirdilər ki, Azərbaycan türkləri özlərini türk adlandırsa bu, ölkədə bölücülüyä yol açacaq. Yəni etnik qruplar bundan rahatsız olub özlərini Azərbaycanlı kimi təqdim etməyəcəklərmiş. Ona görə də “elə hamını ucdantutma Azərbaycanlı yazaq getsin”. Beləliklə, Stalinin uydurub bizə sırıdığı saxta bir kimlik bu gün artıq bağımsız Azərbaycan dövlətində əsas milli kimlik kimi rəsmiləşdirilir. Ancaq milli azlıqlar da buna görə özlərini heç də başqa cür adlandırmır. Ləzgi ləzgiliyində, talış talışlığında, avar avarlığında və hətta sayı cəmi 6 min nəfər olsa da, Milli Məclisdə rəsmən iki deputat yeri istəyən kürd də kürdlüyündə. Yəni onlar öz milli kimliklərini gerçək şəkildə göstərə bilərlər. Ancaq əhalinin 92 faizini təşkil edən türklərə bu olmaz! Niyə olmazmış? Ölkə əhalisi arasında ayrıseçkilik düşə bilər də, ondan. Zatən türk olmayanlar özlərini öz adlarıyla çağırmaqda israrlı görünürlər! Onsuz da onlar hätta “Azərbaycanlı milləti”nə aid olmadıqlarını rəsmiləşdiriblər. Yəni Azərbaycan türkləri özlərini gerçək adlarıyla – türk kimliyi ilə təqdim etsə nə baş verəcək axı?! Güneydəki 35 milyonumuz özünə türk demirmi? Borçalıdakı yarım milyonumuz özünə türk demirmi? Hətta düşmənimiz ermənilərlə qardaşımız olan talışlar da bizə türk demirmi? Deyir! Nə dəyişir? Heç nə! Yəni kimsə buna əsaslanıb bölücülük etmir! Kimsə buna görə ölkənin əsas əhalisi olan Azərbaycan türklərindän incimir! Elə isə niyə hələ də Stalinin bizə yapışdırdığı qondarma milli kimlikdən əl çəkmirik?!

Bu arada, türk olmayan milli azlıq və etnik qrupların özlərini öz adlarıyla adlandırmalarına görə onlara əhsən deyirəm! Biz türklərdən fərqli olaraq onların buna iradəsi də, cəsarəti də çatır demək! Bu isə mütləq və mütləq sayğıya səbəb olmalıdır! Şəxsən mən istər milli azlıq, istərsə də milli çoxluqdan olanların öz milli kimliyini gizlətməsini heç cür qəbul edə bilmirəm. Dostlarım arasında milli azlıq və etnik qruplardan olanlar da var. Onlarla məhz milli kimliklərini açıq şəkildə bəyan etdikləri üçün dostam! Anlayanlar üçün.

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button