Kapitalbankın baş mühasibinin diplomu saxtadır?

Bankın Saatlı filalının baş mühasibi Rusiyada oxusa da, rus dilini bilmir…

 Dünən redaksiyamıza Saatlı rayonundan maraqı bir məlumat daxil olub. Məlumatda deyilir ki, rayonda yerləşən “Kapitalbank”da qanunsuzluqlar baş alıb gedir. İnformasiyaya əsasən, “Kapitalbank”ın Saatlı rayon filialının baş mühasibi Hidayət İbrahimov nə az, nə çox düz 15 ildir ki, saxta ali təhsil diplomu ilə işləyir. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, indiyə qədər filialın nə qədər rəhbəri dəyişsə də, baş mühaisibin diplomu ilə maraqlanan olmayıb.

Daxil olan xəbərdə bildirilir ki, Hidayət İbrahimov Rusiyanın ali təhsil müəssisələrindən birində təhsil aldığını iddia edir. Mənbə iddia edir ki, 5 il Rusiyada ali təhsil aldığını deyən baş mühasib rus dilində nə yazmaq, nə də danışmaq bilmir.

Daxil olan bu informasiya ilə bağlı olaraq dünən qeyri-iş günü olduğuna görə, qarşı tərəfin mövqeyini öyrənə bilmədik. İş günlərində qarşı tərəfi də dinləməyə çalışacağıq.

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button