“Zabitlərimiz istefa verməyib”

Hərbi Dəniz Qüvvələri üçün yeni şəhərcik inşa edilir

 Qəzetimizin ötən saylarında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin kapitanlarının istefa ərizəsi yazmaları barədə məlumat vermişdik. Məqalə qəzetimizdə dərc edildikdən sonra HDQ-nin komandanlığından redaksiyaya müraciət edildi. Komandanlıq heç bir zabitin istefa vermədiyini bildirməklə yanaşı, müxbirlərimizi görüşə dəvət etdi. Komandanlıq bizə HDQ-nin zabit və əsgər heyəti ilə görüşməyə imkan veriləcəyini vəd etdi.

HDQ-nin qərargahında bizi hüquqşünas, mayor Rauf Zeynalov qəbul etdi. R.Zeynalov qəzetimizdə yazılan məqalənin doğru olmadığını bildirdi: “Hərbi Dəniz Qüvvələrində nəinki gəmi kapitanları, heç digər zabitlərdə istefa verməyib. Hamı xidməti yerindədir. Zabitlərin evlə bağlı problemləri var. Lakin bu problem Müdafiə Nazirliyinin günahı üzündən yaranmayıb. Bilirsiz ki, məcburi köçkünlərin əksəriyyəti hərbi şəhərciklərdə məskunlaşıb. O üzdən az saylı zabitlərin ev problemi yaranıb. Evi olmayan zabitlərə isə kirayə pulu ödənilir. Bundan əlavə, Qobustan rayonu ərazisində Hərbi Dəniz Qüvvələri üçün yeni şəhərcik inşa edilir. Bundan sonra zabitlərin sosial problemlərinin həllində ciddi dönüş yaranacaq”.

Sonda onu qeyd edək ki, komandanlıq vəd etdiyi kimi bizim zabit və matros heyəti ilə görüşünü təşkil etmədi.

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button