Gülər Əhmədova İlham Əliyevə dua yazdırıb?!

Millət vəkili falçı Zirəddin Rzayevin yardımından bəhrələnir

 Millət vəkili Gülər Əhmədova siyasi münasibətlərindəki gərginliyi yoluna qoymaq üçün məşhur ekstrasens Zirəddin Rzayevin köməyindən istifadə edir.

Bu barədə XuralTAC-a G.Əhmədovanın ən yaxın çevrəsində olmuş şəxs məlumat verib. Məlumata görə, Gülər Əhmədova hakimiyyət daxilində nüfuzunu bərpa etmək, xüsusilə, prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın rəğbətini qazanmaq üçün magik vasitələrə əl atıb. Zirəddin Rzayev millət vəkilinin otağında divardan asılan İlham Əliyevin portreti altına «şirinlik duası» yazıb. Həmçinin Mehriban xanım Əliyevanın G.Əhmədovanın otağındakı şəkli bala qatılmış bükmələrlə «bəzənib».

Mənbə bildirir ki, Gülər Əhmədovanın Zirəddin Rzayevlə münasibətlərini Milli Məclisdəki köməkçisi Əhməd Şahidov tənzimləyir. Belə ki, Ə.Şahidovun Z.Rzayevlə isti əlaqələri var. Hətta Zirəddin Rzayevin bir ekstrasens kimi Azərbaycan ictimaiyyətinə tanıdılmasında Ə.Şahidovun xidmətləri olduğu, onun «piar»ını apardığı qeyd olunur.

Bildirilir ki, Zirəddin Rzayevin işə qarışmasından sonra millət vəkilinin karyerasındakı narahatlıq qismən də olsa, aradan qalxıb. Yəni «Mərkəz» qəzetinin Gülər xanımdan alınaraq mətbuat sahəsində tanınmış imzalardan olan keçmiş millət vəkillərindən birinə veriləcəyi barədə qəbul olunan qərar gecikir. Qərarın gecikməsi və ya təxirə düşməsi isə G.Əhmədovada magik təsirin gücü kimi dərin iz buraxıb.

Mənbə «Gülər Əhmədovanın xidməti otağına baxış keçirsəniz, dediklərimin doğruluğunu öz gözünüzlə görərsiniz» kimi israrlı bir açıfqlama da verdi.

Hörmətli millət vəkilinin mövqeyini verməyə və imkan yaradarsa, otağına baxış keçirməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button