Rövnəq Abdullayev neft donanmasını necə məhv edir?!

 «Vixr-13» gəmiləri necə sıradan çıxarılır?

 Son zamanlar Azərbaycanın Xəzər dənizindəki gəmilərinin taleyi ilə bağlı olaraq kifayət qədər ziddiyətli məlumatlar alırıq. Bu məlumatlardan biri də Xəzər dənizindəki neft donanasının sıradan çıxarılması ilə bağlıdır. Verilən məlumatlara əsasən əsasən yanğınsöndürmə üzrə təyinatı olan və «Vixr 13»kimi adlandırılan neft donanması sürətlə sıradan çıxarılmaqdadır. Rəsmi məlumatlara əsasən ARDNŞ- ın Xəzər Neft Donanmasında yeddi “ Vixr”  yanğınsöndürən gəmisi var. Bu gəmiləri FHN- nin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən istismar edilir. Bundan başqa ARDNŞ- ın Xəzərdə güclü donanması var. Bunu ARDNŞ- ın vitse – prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirir ki, “Xəzərin Azərbaycan sektorunda yerləşən neft – qaz yataqlarının mənimsənilməsində yeni texnoloqiyalar”  adlı məqaləsində göstərir və “ Vixr” yanğın söndürən gəmilərini orada xüsusi qeyd eləyib. Deməli bu gəmilər neftçıxartmada lazım olan gəmilərdir. ARDNŞ- dən verilən məlumata görə “ Vixr13”yanğın söndürən gəmisi artıq 2008- ci ildə təmir edılməliydi. 2008- ci ildə ARDNŞ- ın məlumatına əsasən bu gəmi və onu təmir edəcək zavod belə xarakterizə edilib; Zavod Xəzər dənizində üç üzən doklara malikdir. Bunun biri Xəzərdə ən iri dokdur. Zavod ən yeni texnoloqiyalarla işləyən avadanlıqlarla təchiz olunub.  Zavod “ Vixr “  gəmiləridə təmir edir. Bu gəmilərin tərifi belə verilir. İstənilən hava şəraitində işləməyə qadir olan bu gəmi okean tiplidir. Burun hissəsində buzqıran olan bu gəmi fasiləsiz 25  gün ( sokar.az saytında yerləşdirilən bir başqa məqalədə bu rəqəm 6 ay göstərilir? red.) açıq dənizdə üzə bilir. Gəminin bortunda iki xilasedici qayıq yerləşir. Bir qapalı bot var. Həmin bot böyük gəmilərin keçə bilmədiyi yerlərdən rahatlıqla keçir. 17, 18,  Yanvar 2008 wwwsokar.az/909newsa az htmi, www sokar.az/news-view az htmi. Deməli bu gəmi təmir oluna bilər.

Topladığımız məlumatlara görə, “Vixr”13 gəmisi 1987 – ci ildə 6 680 000 rubla alınıb. Bu isə təxminən 10 milyon dollar edir..Məlumatlara əsasən bu gəmi 1990- cı ilin 13 iyununda  qəzaya uğrayıb. Bundan sonra isə təmir edilərək bir vintlə istismara buraxılıb. 1996 – cı ildə valoqeneratorun reduktorunda olan 7 kömür – keramik lövhəciklərin sıradan çıxdığına görə yenidən təmirə dayanıb. 

İnformasiyalardan da göründüyü kimi 12  il dayanan bu gəmi ancaq 2008- ci ildə rəhbərliyin yadına düşüb. Lakin bu rəsmi informasiya da sonradan təsdiqini tapmadı. Yəni “ Vixr” 13 gəmisi təmir edilməyib. 2008- ci ildə təmirinə söz verilən hətta adı cəkilən ilin planına salındığı deyilən bu xüsusi təyinatlı yanğın söndürmə gəmisi, bu il yəni 2011- ci ildə «metalalom» kimi satışa çıxarılıb. Bəs  onda nəyə görə 17.01.2008  ARDNŞ- sokar.az saytında “Neft donanmasını yeniləşdirən zavodun uğurtları”  və 18.01.2008 – ci il ARDNŞ- ın sokar. az saytında,  “ Bu il Xəzər Dəniz Neft Donanmasının gəmiqayırma zavodunda 54 gəmi təmir olunacaq” başlıqlı  məqalələrdə “ Bu il “Vixr” 8 və 13 təmir olunub istismara buraxılacaq.” raportu var.  Hələ 1995- ci ildən təmirə dayanan “

Ən maraqlısı budur ki, bu raportu verərkən gəminin dağıdılması davam edirdi. Zavodun işçilərinin verdiyi məlumata əsasən gəmi faktiki olaraq bir il müddətində talan edilib. Hər halda dövlət büdcəsindən bu gəminin təmiri ilə bağlı olaraq rəsmi ayırmalar baş verib və nədənsə bu gəminin təmir edilməsi baş verməyib. Hər halda bu da ayrılan büdcə vəsaitlərinin talan edilməsi anlamına gəlir. Deməli burada böyük korrupsiyanın izləri görünür. Donanma biznesmenləri görün neçə yerdən qazanacaqlar:

Bundan sonra isə bizə məlumat verən donanmanın tanınmış işçilərindən biri deyir ki, «Vixr 13» gəmisinin qiymətləndirmə komisiyası tərəfindən qalıq qiyməti 4 688 573, 18 manat qiymətləndirilib. Məlumata görə gəminin metalalom kimi satış qiyməti isə 1 556 000 manat dəyərləndirilib. Maraqlıdır ki, araşdırmalarımız nəticəsində məlum olub ki, əslində Bakı buxtasında yerləşən gəmilərin dağıdılması səbəbi “Evrovizion”a  hazırlıq adı altında aparılan işlərlə bağlıdır. Hər halda mövzuyla bağlı olaraq araşdırmalarımız davam edir.

 Nurəddin Xoca

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

3 şərh

  1. Aga düz yazıb. Amma bu gəmilərin yerinə gəmilər alınmalı idi. Heç alınmayacaq da. Əvəzində işçilərin çoxunu işdən azad etdilər. İndi donanmanın başı yaman qarışıb, dağılmaq ərəfəsindədir. Yerlibazlıq, rüşvət, pulla işə qəbul, talançılıq bu idarənin əsas devizidir. son 4 ildə Tovuz, Qazax, Talış zonasından o qədər adamları idarələrinə doldurublar ki, gəl görəsən. Mübariz müəllım deyəsən XDND ilə vidalaşmalı olacaq. yəqin ki Damət müəllımə yaşıl işıq yanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button